İLK ADDIM

Hər şeyi bilməyin
lazım deyil.

Başlamaq üçün bir kompüter, brauzer və maraq kifayətdir. Proqramlaşdırma təcrübən olmasa da, ilk səhifəni yarada bilərsən.

İlk dəfə kod yazırsan?

Proqramlaşdırmaya giriş yolunda əvvəlcə cihazların necə əlaqə saxladığını və brauzerin səhifəni necə göstərdiyini öyrənəcəksən. Sonra JavaScript ilə kiçik məsələlər həll edib həftəlik xərc dəftəri yazacaqsan.

Saytlar səni maraqlandırır?

Frontend saytın gördüyün və istifadə etdiyin hissəsidir: mətnlər, düymələr, formalar və menyular. Nəticəni tez görmək istəyirsənsə, bu istiqamət yaxşı başlanğıcdır.

İlk həftəni sadə saxla

  1. Vebin necə işlədiyini öyrən. Brauzer və serverin rolunu anla.
  2. VS Code qur və ilk HTML faylını aç.
  3. Özün haqqında başlıq, abzas və keçiddən ibarət səhifə yarat.

Hər gün ayıra bildiyin qısa bir vaxt seç. Bir gün fasilə versən, qaldığın yerdən davam et. Sürətdən çox, anlayaraq irəliləmək vacibdir.

Veb necə işləyir? →

İngilis dili mütləqdirmi?

İzahlar və tapşırıqlar Azərbaycan dilindədir. Rəsmi sənədlərin çoxu ingiliscə olduğu üçün texniki sözləri tədricən öyrənmək faydalıdır. Bilmədiyin sözləri qeyd et və lazım olduqda brauzer tərcüməsindən istifadə et.